“Fənərbaxça”nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırım bir araya gəliblər.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım və qızı Avroliqa çərçivəsində keçirilən “Fənərbaxça Beko” - “Partizan” basketbol komandalarının oyununu izləməyə gəliblər.
Bu zaman Ali Koç onlara yaxınlaşaraq salamlaşıb və onlar oyunu tribunadan birgə izləyiblər.
Qarşılaşmada maraqlı anlar yanaşıb. Aziz Yıldırım 72 yaşının olması münasibətilə adının anons edilməsindən sonra göz yaşlarını saxlaya bilməyib.
Ali Koç başda olmaqla hər kəs Yıldırımı ayaqda alqışlayıb.
Görüntüləri təqdim edirik: