AZ

Boliviyanın keçmiş prezidentinin tərəfdarları hərbi hissəni ələ keçiriblər

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində hərbi hissəni ələ keçirib və hərbçiləri girov götürüblər.

“Report” xəbər verir ki, bu barədə “Wara TV” telekanalı məlumat yayıb.

Telekanalın feysbukda paylaşdığı videoda hərbçilərdən biri deyib ki, onlar girov götürülüb və “həyatları təhlükə altındadır”. O həmçinin girov götürənlərin tələbini açıqlayıb – Boliviya hakimiyyəti Moralesin tərəfdarları tərəfindən bağlanmış yolların açılması əməliyyatını dayandırmalıdır.

Görüntülərdən hərbi hissəni ələ keçirənlərin sayının hərbçilərin sayından xeyli çox olduğu görünür.

Polis hərbçilərin dəstəyi ilə Koçabamba departamentində keçmiş prezidentin tərəfdarlarının dağıdılmasına başlayıb. Ölkənin müxtəlif bölgələrini birləşdirən avtomobil yollarının bağlanması artıq 19 gündür davam edir. Prezident Luis Arse oktyabrın 30-da bildirib ki, ziyan 1,7 milyard dolları ötüb, toqquşmalarda 60-dan çox polis əməkdaşı xəsarət alıb. Oktyabrın 26-da XİN Moralesi konstitusiya quruluşunu pozmağa cəhd etməkdə və ölkədə vəziyyəti destabilizasiya etməkdə ittiham edib.

Seçilən
60
far.az

1Mənbələr