“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bude-Qlimt” rusiyalı futbolçusu Nikita Xaykin vətəndaşlığını dəyişmək istəyir.
Publika.az xəbər verir ki, onun sözlərini NRK sitat gətirib.
Haykin Norveç pasportu almaq istədiyini bildirib. “Futbol səbəblərinə görə deyil, ailə səbəblərinə görə. Nişanlım norveçlidir və mən burada qalmağı planlaşdırıram. Mən norveçli olmaq istərdim, bu ölkəni sevirəm” deyə o izah edib.
Xaykinin üç pasportu var – Britaniya, Rusiya və İsrail. O, Rusiyanın gənclərdən ibarət milli komandalarında beş yoldaşlıq oyununda meydana çıxıb. Qapıçı da iki dəfə əsas milliyə çağırılsa da, rəsmi oyunlarda meydana çıxmayıb.