AZ

12 illik rekord qırıldı

Fransız üzgüçü və dördqat olimpiya çempionu Leon Marşand 200 m məsafəyə qarışıq üzgüçülükdə dünya rekordu vurub.

Publika.az xəbər verir ki, Mövsümün lideri Sinqapurda keçirilən Qısa Məsafə üzrə Dünya Kubokunda məsafəni 1 dəqiqə 48,88 saniyəyə qət edib. Bundan əvvəlki nailiyyət amerikalı Rayan Loxteyə (1,49,63 saniyə) məxsus idi. Rekord göstərici 12 il davam edib.

Bundan əvvəl amerikalı üzgüçü və 2024-cü ilin ikiqat Olimpiya çempionu Reqan Smit 100 m məsafəyə arxası üstə üzməkdə yeni dünya rekordu vurub.

Seçilən
49
publika.az

1Mənbələr