AZ

Çiyələk şitilinin əkini davam edir

Fins.az - Cəlilabad rayonunda çiyələk şitili əkini sürətlə davam edir. Rayon Aqrar İnkişaf Mərkəzindən əldə edilən məlumata görə, bu il əkin sahələrinin 50-60 hektar artırılması gözlənilir. Bu artım fermerlərə növbəti mövsümdə sahələrdən bol məhsul götürmək üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, bu ilin məhsulu üçün Cəlilabad ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib. İndiyədək yığılan məhsul 16 min tondan çox olub. Çiyələk sahələri üzrə hektarın orta məhsuldarlığı 26,16 ton təşkil edir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,75 ton artım deməkdir.

Yığılan çiyələk məhsulu yalnız daxili bazarda satılmır, eyni zamanda Rusiya, Belarus və ərəb ölkələrinə də ixrac olunur.

Seçilən
46
fins.az

1Mənbələr