Qlobal istiləşmə nəticəsində 53 hektar ərazisi olan Mesyatsev adası Arktikadakı arxipelaqdan yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, 2015-ci ilin avqustun 4-də Mesyatsev adasının sahəsi təxminən 53 hektar göstərilirdi. 9 il sonra-2024-cü il avqustun 12-də isə təsvirdə cəmi 3 hektarlıq kiçik bir buz adası qeyd edilib. Mütəxəssislər hesab edirlər ki, adanın yoxa çıxmasına dəniz səviyyəsinin qalxması nəticəsində baş verən sahil zolağının aşınması da təsir edib.
Vəli Həsənoğlu,
KONKRET.az