Bakı. Trend:
Serbiyanın Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verənqəza nəticəsində 11 nəfər həyatını itirib, daha dörd nəfər xəsarətalıb.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, 50 metr uzunluğunda şüşə, beton və metalkonstruksiyalardan ibarət stansiya binasının tavanı ölkənin əhalibaxımından ikinci ən böyük şəhəri olan Novi Sadda vağzal binasınınüzərinə çöküb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Əraziyə təcili tibbiyardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyadaqatarların hərəkəti dayandırılıb və başqa istiqamətəyönəldilib.
Təxminən 80 xilasedici hələ də hadisə yerində işləyir və əraziyəçoxlu xüsusi texnika cəlb olunub. 1960-cı illərdə inşa edilənvağzal binasında son illərdə Belqrad-Budapeşt sürətli dəmir yoluxəttinin yenidənqurma və modernizasiya işləri aparılırdı.
Baş verən faciə ilə əlaqədar ölkə prezidenti Aleksandar VuçiçNovi Sad şəhərinə yola düşüb. Hökumət 2 noyabrı matəm günü elanedib.