Qarabağdan qaçaraq, Ermənistana sığınmış bir qrup separatçı, qondarma “parlament”lərini diriltmək üçün “komissiya” yaradıblar. Tribunainfo.az xəbər verir ki, bu barədə həmin separatçılardan biri Metaxe Akopyan məlumat verib.
O bildirib ki, qondarma “parlament”lə bağlı “seçki” keçirmək fikrindədirlər. Bunun üçün yaratdıqları “komissiya” isə həmin “seçki”lərin necə və hansı şəkildə keçirilməsini müəyyən edəcək. “Parlament seçikləri 2025-ci ilin mayında keçirilməlidir. Biz belə bir konsepsiyanı formalaşdıran komissiya yaratdıq ki, prosesə başlayaq. Hələlik dəqiq bir şey deyə bilmərəm, hazırda bu istiqamətdə müzakirələr gedir”.
Akopya iddia edib ki, guya, ermənilərin Qarabağa qaytarılması ilə bağlı xaricdən “ciddi siqnal”lar alıblar. “Aydın siqnallar var ki, mütləq danışıqlar prosesi olacaq və Qarabağa qayıdış start götürəcək. Bu vəziyyətdə, Qarabağ hakimiyyətinin fəaliyyət göstərməsi çox vacibdir”.
P.S. Ac toyuq yuxuda darı görər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta