AZ

Yamal "Barselona"dan getmək istəyirmiş

"Barselona"nın vingeri Lamin Yamal 2 il öncə Kataloniya klubunu tərk etməyə yaxın olub.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, getmək fikrinə düşərkən 15 yaşı olan Yamalı "Barsa"da həmin vaxt komandanı çalışdıran Xavi saxlayıb. Mənbə Xavinin istedadlı gənclə danışaraq ona şans verəcəyini dediyini və yeniyetməni yolundan döndərdiyini vurğulayıb. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 14 matça çıxan Yamal 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Nihat

Seçilən
19
fanat.az

1Mənbələr