AZ

İqtisadi artımın 3,9 faiz olacağı gözlənilir

Azərbaycanın strateji valyuta ehtiyatları 72 milyard 832 milyon dollar ətrafındadır. Bura Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatları daxildir. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Qeyd olunub ki, tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında bu ilin 9 ayında 5,2 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bank sədrinin bildirdiyinə görə, yenilənmiş proqnozlara əsasən, cari əməliyyatlar balansında profisitin bu ilin sonuna 5,3 milyard dollar, 2025-ci ilə isə 5,5 milyard dollar olacağı gözlənilir.

T. Kazımov deyib ki, Azərbaycanda iqtisadi artımın bu il 3,9 faiz, gələn il isə 3,3 faiz olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ölkənin qeyri-neft-qaz sektorunda bu il 6,5 faiz, 2025-ci ildə isə 5,1 faiz artım gözlənilir.

Seçilən
32
xalqqazeti.az

1Mənbələr