AZ

Kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakı. Trend:

Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdətəqsirləndirilən Tarzan Şamilovun barəsində cinayət işi üzrəibtidai istintaq başa çatıb.

Trend xəbər verir ki,təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçünGəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Natiq Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 14-ə təyin edilib.

Qeyd edək ki, iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolununGoranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cüil təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsindəaldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı iləbağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri iləbaşlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdənsağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsinölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidaiistintaq Goranboy Rayon Prokurorluğunda davam etdirilir.

Qeyd olunur ki, istintaq zamanı 1988-ci il təvəllüdlü TarzanŞamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdəhərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, dahasonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurubçoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyənedilib.

Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsiləittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Xatırladaq ki, hadisə zamanı ölən şəxs kriminal aləmdə "KürdAmo" ləqəbi ilə tanınırdı.

Seçilən
27
14
az.trend.az

10Mənbələr