AZ

 COP- 29 zolağına girən...  

Ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlə əlaqədar olaraq Bakının avtomobil yollarında yeni zolaqlar müəyyənləşdirilib və zolaqla, ancaq bu tədbirdə iştirak edən nəqliyyat vasitələri hərəkət edə bilər.

Bəs onda başqa  avtomobillərin sürücüləri nə etməlidir?  Bax bu məsələyə yol polisi aydınlıq gətirib.Yol polisindən bildirilib ki, COP- 29 zolağına daxil olmaq digər nəqliyyat vasitələrinin sürücüləri üçün qadağandır.

Əgər hansısa, sürücü bu zolağa daxil olarsa, yüz manat və iki balla cərimə ediləcək. Artıq bu qanun noyabrın 1- dən qüvvəyə minib. Deməli, hələ tədbir başlamazdan öncə sürücülər diqqətli olmalı və qanunlara riayət etməlidirlər ki,  cərimə  olunmasınlar!

Emil Faiqoğlu    

Seçilən
35
adalet.az

1Mənbələr