Livan ərazisindən İsrailə çox sayda raket zərbələri endirilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Hizbullah qüvvələri Təl Əviv, Tira və Haşaron şəhərlərini hədəf seçib.
Raketlərdən birinin Tira şəhərində yaşayış binasına düşdüyü vurğulanıb. Nəticədə 11 nəfər xəsarət alıb.