Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Halil Uluay infarkt keçirib.
"Cebheinfo.az" xəbər verir ki, millət vəkili məmləkəti Kastamonuda xəstəxanaya yerləşdirilib.
Onun həyati təhlükəsinin olmadığı açıqlanıb. Halil Uluayın anjio olunduğu, hazırda isə müalicəsinə davam edildiyi bildirilib.