AZ

“Qarabağ”ın rəqibinin qapıçısı: “Norveç vətəndaşı olmaq istəyirəm”

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bodo-Qlimt”in rusiyalı qapıçısı Nikita Haykin Norveç vətəndaşlığı almaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə o, NRK nəşrinə açıqlamasında deyib:

“Norveç vətəndaşı olmaq istəyirəm. Futbola görə yox, ailəm istədiyi üçün. Norveçi çox sevirəm və bu ölkənin vətəndaşı olmaq istəyirəm”.

29 yaşlı qapıçı 2019-cu ildən “Bodo-Qlimt”də çıxış edir. O, bu mövsüm 26 oyunda 24 qol buraxıb, 11 matçda isə qapısını toxunulmaz saxlayıb.

“Qarabağ” noyabrın 7-də Norveçdə “Bodo-Qlimt”lə üz-üzə gələcək.

Seçilən
66
futbolpress.az

1Mənbələr