AZ

ABŞ Rusiya və Çinin Arktikada fəallaşmasına görə həyəcan təbili çalır

ABŞ Arktikada Rusiya və Çin arasında artan əməkdaşlığı diqqətlə izləyir. Çünki bəzi davranışlar həyəcan təbili çalır. Bu fikirlər "Reuters"də dərc olunan məqalədəndir. Nəşr ABŞ-nin Arktika üzrə xüsusi nümayəndəsi Maykl Sfraqaya istinad edib.

Sfraqa qeyd edib ki, Moskva və Pekin arasında regionda son hərbi əməkdaşlığın “tezliyi və mürəkkəbliyi” “narahatedici siqnallar” verir.

“Onların Arktikada birgə işləməsi bizim diqqətimizi cəlb edir. Biz bunu diqqətlə və dərindən izləyirik. Bir daha qeyd edirəm ki, bu iki ölkənin fəaliyyətindəki aktivliyi və inkişafı olduqca diqqətlə izləyirik!”,- ABŞ rəsmisi bildirib.

Siyasətçi iyulda Rusiya və Çin qırıcılarının Alyaska sahillərində birgə uçuşunu, eləcə də oktyabrda Çin və Rusiya gəmilərinin Berinq boğazından birgə keçməsini xatırladıb. O qeyd edib ki, bu hərəkətlər beynəlxalq sularda baş verib, lakin Alyaska sahillərində qırıcı təyyarələrin uçuşu ABŞ-nin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.

Tural

Seçilən
22
news365.az

1Mənbələr