Braziliya lideri Luiz İnasio Lula da Silva ABŞ-dəki seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Da Silva Harrisin demokratiyaya daha güclü təkan verəcəyini düşünür.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçıların namizədi Donald Tramp və Demokratların namizədi Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar. Tramp artıq bir dəfə – 2017-2021-ci illərdə ABŞ prezidenti olub.
Məlik,
KONKRET.az