AZ

Hindistanın 15 şirkəti ABŞ-ın sanksiyaları ilə üzləşib

Çin, İsveçrə, Tailand və Türkiyədən olan şirkətlər də sanksiyalara məruz qalıb

ABŞ Rusiyanın hərbi sənaye bazasını dəstəklədiyi iddiası ilə 15-i Hindistandan olan 275 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

“İki sahil”in NDTV-yə istinadən verdiyi məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Çin, İsveçrə, Tailand və Türkiyədən olan şirkətlər də eyni səbəbdən sanksiyalara məruz qalıb.

"ABŞ və müttəfiqlərimiz Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əxlaqsız müharibə aparması üçün lazım olan kritik alətlər və texnologiyalar axınının qarşısını almaq üçün bütün dünyada qətiyyətli addımlar atmağa davam edəcəklər", - ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
34
ikisahil.az

1Mənbələr