AZ

Bakı Olimpiya Stadionuna məlumat səfərləri təşkil olunub (VİDEO)

Bakı. Trend:

Oktyabrın 28-dən etibarən COP29 Azərbaycan Əməliyyat Şirkəti vəBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC)Azərbaycana səfər edəcək nümayəndə heyətlərinin qabaqcıl işçiqrupları, eləcə də, Azərbaycanda akkreditə olunmuş diplomatiknümayəndəliklər və beynəlxalq təşkilatlar üçün məlumat səfərləritəşkil edib.

Trend xəbərverir ki, bu barədə əməliyyat şirkətinin sosial medai hesabındapaylaşım edilib.

Qeyd olunub ki, bu səfərlərin məqsədi qonaqları konfransahazırlıq prosesləri ilə tanış etməkdir.

"İştirakçılar COP29 məkanında müvafiq hazırlıq işləri iləyaxından tanış olublar və qısa müddət ərzində uğurla təşkil olunmuşgenişmiqyaslı səylər barədə müsbət təəssüratlarını bölüşüblər", -deyə paylaşımda bildirilib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
46
3
az.trend.az

6Mənbələr