İsrailin mərkəzində, Təl-Əvivdən təxminən 30 km şimal-şərqdə yerləşən Tira şəhərinə gecə saatlarında Livandan atılan raketlər nəticəsində yaralananların sayı 11-ə çatıb.
“İki sahil” ANSA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Magen David Adom xilasetmə xidməti məlumat yayıb.
Onun sözlərinə görə, üç nəfər orta, digər səkkiz nəfər isə yüngül xəsarət alıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”