Türkiyədə serialda çəkilən aktyor İtsanbulda marketdən oğurluq edərkən yaxalanıb.
News24.az xəbər verir ki, o, İstanbulun Beylikdüzü rayonunda bir marketdən 15 min lirə dəyərində zeytun yağı oğurlayıb.
Oğurluq edən şəxsin bir müddət Türkiyə seriallarında aktyorluq edən Ümit Gündeş olduğu müəyyən edilib.
İstanbulun Avcılar bölgəsində yaşadığı bildirilən Ümit Gündeş gizləndiyi ünvanda polis tərəfindən yaxalanıb.