Milli çempionatların yüksək liqalarında 2024-cü ilin ən yaxşı bombardirləri bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS ilin arada qalan 10 ayında ən çox qol vuranları açıqlayıb.
Cədvələ ən azı 20 qol vuranlar daxil edilib. Siyahıya Martin Kauteruççio başçılıq edir. Uruqvaylı hücumçu Perunun “Sportinq Kristal” klubunda 33 qola imza atıb.
Çinli Vu Ley “Şanxay Port”dakı 32 qolu ilə ikincidir. Avropada ən yaxşı olan Viktor Qyokereş 3-cü yerdə qərarlaşıb. “Sportinq”in isveçli forvardı 30 qola sevinib.
“Əl-Nəsr”in 21 qolunun müəllifi olan Kriştiano Ronaldo 17-cidir. Lionel Messi “İnter Mayami”dəki 20 qolla 29-cu pillədə yer alıb.
Qeyd edək ki, cədvəldə 35 futbolçu yer alıb.
İdman.biz