Bakı. Trend:
Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini oğurlayıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.
Qeyd edilib ki, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədiqəsəbəsi ərazisində taksi sürücüsü sərnişinə məxsus içərisində 684manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsininoğurlanması barədə polisə məlumat daxil olub.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraqsaxlanılıb.
Faktla bağlı araşdırma aparılır.