Biz isə özlərini qlobal media kimi təqdim edənlərə nəinki inanmırıq, onların bu regionla bağlı dərc etdiyi yazıların əksəriyyətinə ikrahla yanaşırıq. Çünki həmən yazıların az qala hər cümləsindən qərəz və saxtakarlıq tökülür. Mən "The Washington Post"dakı cızmaqaralarda bir dəfə də olsun Ermənistanın yeritdiyi işğalçı siyasəti tənqidə rast gəlməmişəm. Əksinə Azərbaycanı Rusiyaya, Ermənistanı isə Ukraynaya bənzətmək cəhdləri görmüşəm.
Bax, həmən Ukraynanın Prezidenti Volodimir Zelenski hazırda ölkəsinin çox acınacaqlı durumda olduğunu deyir və burada ABŞ- nin bu il üçün vəd etdiyi yardımın ancaq 10 faizini verdiyinin az rol oynamadığını bildirir. Məncə, belə bir reallığın yaranmasında "The Washington Post", eləcə də ayrı-ayrı ölkələrin ideoloji işğalında, onların plasdarma çevrilməsində ön cəbhədə yer alan digər qəzetlərin dırnaqarası xidmətləri də vurğulanmalıdır.
Qərbdəki bəlli çevrələrin və onların xidmətindəki kütləvi informasiya vasitələrinin guya parlament seçkisinin demokratik keçirilmədiyini əsas gətirərək Gürcüstanın üzərinə yerimələrinin əsl səbəbi də elə həmən ölkənin Ukraynaya çevrilmək istəməməsi deyilmi? Və biz görmürükmü ki, Avropada özü-özünü Qafqazın dırnaqarası kuratoru təyin edən Fransa burada da canfəşanlığıyla seçilir. Gürcüstanda böhran yaratmağa, bu dost ölkəni bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranların plasdarımına çevirməyə çalışanlardan da biri məhz həmən Fransanın yetişdirib ora göndərdiyi şəxsdir.
Yeri gəlmişkən, regionu sülhə yaxınlaşdırmaq yönündə növbəti uğurlu addım kimi qiymətləndirilən Kazan görüşündən sonra Fransanın İrəvandakı səfirinin Azərbaycanı Qərbi Zəngəzurun bir hissəsini ələ keçirməkdə, Ermənistana yeni zərbələr endirməyə hazırlaşmaqda suçlandırması və təkcə özünün deyil, ölkəsinin də boyunu aşan tələblər səsləndirməsi rəsmi Parisin bu regionda çox yumşaq desək, pozucu fəaliyyətini ortaya qoymurmru? Ona görə də bu yüksək kürsüdən üzümü Ermənistan rəhbərliyinə tutub soruşmaq istəyirəm, əgər doğrudan da sülh və əmin-amanlıq işərisində yaşamaq istəyirsinizsə, sizə Fransa kimi havadar lazımdırmı?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31