AZ

Sizə Fransa kimi havadar lazımdırmı?-Deputat

" ABŞ-nin eks və mümkündür ki, gələcək Prezidenti Donald Trampın ardınca  dünyada ən varlı adamlardan biri olması səbəbindən heç də ondan az tanınmayan Ceff Bezos da  yazdığı bir məqalədə qlobal media funksiyasını yerinə yetirən qəzetlərin əsl üzünü açıb göstərdi ki, onlardan da biri özününküdür". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bezosun elə həmən qəzetdə, yəni 2013-cü ildən satın aldığı "The Washington Post" da dərc olunan məqaləsinin başlığı elə oradakı  media haqda çox şey deyir. Başlıq belədir: "Sərt həqiqət -amerikallar kütləvi informasiya vasitələrinə inanmırlar". 
Biz isə özlərini qlobal media kimi təqdim edənlərə nəinki inanmırıq, onların bu regionla bağlı dərc etdiyi yazıların əksəriyyətinə ikrahla yanaşırıq. Çünki həmən yazıların az qala hər cümləsindən  qərəz və saxtakarlıq tökülür.  Mən   "The Washington Post"dakı cızmaqaralarda bir dəfə də olsun Ermənistanın yeritdiyi işğalçı siyasəti tənqidə rast gəlməmişəm. Əksinə Azərbaycanı Rusiyaya, Ermənistanı isə  Ukraynaya bənzətmək cəhdləri  görmüşəm.
Bax, həmən Ukraynanın Prezidenti Volodimir Zelenski  hazırda ölkəsinin çox acınacaqlı durumda olduğunu deyir və burada  ABŞ- nin bu il üçün vəd etdiyi yardımın ancaq 10 faizini verdiyinin az rol oynamadığını bildirir. Məncə, belə bir reallığın yaranmasında "The Washington Post", eləcə də ayrı-ayrı ölkələrin ideoloji işğalında, onların plasdarma çevrilməsində ön cəbhədə yer alan digər qəzetlərin dırnaqarası xidmətləri də vurğulanmalıdır. 
Qərbdəki bəlli çevrələrin və onların xidmətindəki kütləvi informasiya vasitələrinin guya parlament seçkisinin demokratik keçirilmədiyini əsas gətirərək Gürcüstanın üzərinə yerimələrinin əsl səbəbi də elə həmən ölkənin Ukraynaya çevrilmək istəməməsi deyilmi? Və biz görmürükmü ki, Avropada özü-özünü  Qafqazın dırnaqarası kuratoru təyin edən Fransa burada da canfəşanlığıyla seçilir. Gürcüstanda böhran yaratmağa, bu dost ölkəni bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranların plasdarımına çevirməyə çalışanlardan da biri məhz həmən Fransanın yetişdirib ora göndərdiyi şəxsdir.
Yeri gəlmişkən, regionu sülhə yaxınlaşdırmaq yönündə növbəti uğurlu addım kimi qiymətləndirilən Kazan görüşündən sonra  Fransanın İrəvandakı səfirinin Azərbaycanı Qərbi Zəngəzurun bir hissəsini ələ keçirməkdə, Ermənistana  yeni zərbələr endirməyə hazırlaşmaqda suçlandırması və təkcə özünün deyil, ölkəsinin də boyunu aşan tələblər səsləndirməsi  rəsmi Parisin   bu regionda çox  yumşaq desək, pozucu fəaliyyətini ortaya qoymurmru? Ona görə də bu yüksək kürsüdən üzümü Ermənistan rəhbərliyinə tutub soruşmaq istəyirəm, əgər  doğrudan da  sülh və əmin-amanlıq  işərisində yaşamaq istəyirsinizsə, sizə  Fransa kimi havadar lazımdırmı?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
98
olaylar.az

1Mənbələr