AZ

Ətraf mühiti çirkləndirənlər cəzalandırıldılar

Saatlıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

 

Apress.az “Azərtac”a istinadən xəbər verir ki, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

 

Qeyd edilən qayda pozuntusuna yol verən şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilib və onların hər biri məsuliyyətə cəlb olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
19
6
apress.az

7Mənbələr