AZ

ABŞ-də Konqresə basqın edilə bilər – İDDİA

 

ABŞ-da prezident seçkilərinin başlamasına çox az vaxt qalıb.

Namizədlər arasındakı yaxın səs fərqi isə 6 yanvar 2020-ci ildə Konqresə basqına bənzər xaosun ola biləcəyi qorxusunu yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” kanalı məlumat yayıb. Kanal xatırladır ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın 4 il əvvəl seçkilərdəki məğlubiyyətini qəbul etməkdən imtina etməsi Amerika tarixində ən dramatik hadisələrdən biri olan və beş nəfərin ölümü ilə nəticələnən 6 Yanvar Konqresi basqınına səbəb olub.

“Həmin gündən Tramp demokratların xalqı aldatdığını söyləməyə davam edir və seçki günü, yəni 5 noyabr yaxınlaşdıqca, bu iddianı daha çox səsləndirməyə başlayıb”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, qeyd olunub ki, respublikaçı namizəd mitinqlərdəki çıxışlarından tutmuş şəxsi sosial media platforması olan “Truth Social”dakı yazılarına qədər çərşənbə axşamı baş tutacaq seçkinin saxta olacağı təəssüratını milyonlarla seçicidə yaratmağa çalışıb.

 

Mayıl Soltanov

Seçilən
42
yenicag.az

1Mənbələr