Bakı. Trend:
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF)vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasındadeyib.
Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər vəİdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb:
“Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndiərazilərində reallaşacaq".
Bakıda bu gün start götürən yorğa atların çempionatından da sözaçan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasınaçalışdıqlarını söyləyib.
Onun sözlərinə görə, ARAF müasir atçılıq idman növləri iləyanaşı, Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqətayırır:
“Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Buyarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öztöhfəmizi verməyə çalışırıq".
Federasiyanın vitse-prezidenti Azərbaycanın yorğa atlarınınbeynəlxalq yarışlarda iştirakının nəzərdə tutulduğunu söyləyib:
"Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyənplanlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnızölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə dəlayiqincə mübarizə aparmağa çalışırıq".