AZ

"The Washington Post" saxtakarlıq edir- Millət vəkili

  "Multimilyarder Ceff Bezos da yazdığı bir məqalədə qlobal media funksiyasını yerinə yetirən qəzetlərin əsl üzünü açıb göstərdi ki, onlardan da biri özününküdür. Bezosun elə həmən qəzetdə, yəni 2013-cü ildən satın aldığı "The Washington Post" da dərc olunan məqaləsinin başlığı elə oradakı media haqda çox şey deyir". 

Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, biz isə özlərini qlobal media kimi təqdim edənlərə nəinki inanmırıq, onların bu regionla bağlı dərc etdiyi yazıların əksəriyyətinə ikrahla yanaşırıq: 

"Çünki həmin yazıların az qala hər cümləsindən  qərəz və saxtakarlıq tökülür. Mən "The Washington Post"dakı cızmaqaralarda bir dəfə də olsun Ermənistanın yeritdiyi işğalçı siyasəti tənqidə rast gəlməmişəm. Əksinə Azərbaycanı Rusiyaya, Ermənistanı isə Ukraynaya bənzətmək cəhdləri görmüşəm. Bax, həmin Ukraynanın Prezidenti V.Zelenski hazırda ölkəsinin çox acınacaqlı durumda olduğunu deyir və burada ABŞ-nin bu il üçün vəd etdiyi yardımın ancaq 10 faizini verdiyinin az rol oynamadığını bildirir. Məncə, belə bir reallığın yaranmasında "The Washington Post”, eləcə də ayrı-ayrı ölkələrin ideoloji işğalında, onların plasdarma çevrilməsində ön cəbhədə yer alan digər qəzetlərin dırnaqarası xidmətləri də vurğulanmalıdır". 
  Parlament üzvü vurğulayıb ki, Qərbdəki bəlli çevrələrin və onların xidmətindəki kütləvi informasiya vasitələrinin guya parlament seçkisinin demokratik keçirilmədiyini əsas gətirərək Gürcüstanın üzərinə yerimələrinin əsl səbəbi də elə həmən ölkənin Ukraynaya çevrilmək istəməməsidir: "Biz görmürükmü ki, Avropada özü-özünü  Qafqazın dırnaqarası kuratoru təyin edən Fransa burada da canfəşanlığıyla seçilir. Gürcüstanda böhran yaratmağa, bu dost ölkəni bizim regionda bölücü xətlər çəkməyi planlaşdıranların plasdarımına çevirməyə çalışanlardan da biri məhz həmin Fransanın yetişdirib ora göndərdiyi şəxsdir.
  Yeri gəlmişkən, regionu sülhə yaxınlaşdırmaq yönündə növbəti uğurlu addım kimi qiymətləndirilən Kazan görüşündən sonra  Fransanın İrəvandakı səfirinin Azərbaycanı Qərbi Zəngəzurun bir hissəsini ələ keçirməkdə, Ermənistana  yeni zərbələr endirməyə hazırlaşmaqda suçlandırması və təkcə özünün deyil, ölkəsinin də boyunu aşan tələblər səsləndirməsi  rəsmi Parisin   bu regionda çox  yumşaq desək, pozucu fəaliyyətini ortaya qoymurmru? Ona görə də bu yüksək kürsüdən üzümü Ermənistan rəhbərliyinə tutub soruşmaq istəyirəm, əgər doğrudan da, sülh və əmin-amanlıq  işərisində yaşamaq istəyirsinizsə, sizə  Fransa kimi havadar lazımdırmı?".                        


Seçilən
41
sherg.az

1Mənbələr