Çinin Quandun bölgəsində yaşayan 107 yaşlı Çen adlı qadının başına ağlasığmaz hadisə gəlib.
Ölkə.Az xarimi KİV-ə istinadla xəbər verir ki, alnında 10 sm uzunluğundabuyunuza bənzəyən çıxıntı yaranan qadın görənləri təəccübləndirib.
O, “uzunömürlülük buynuzu”nu TikTok-un Çin versiyası olan "Douyin"də nümayiş etdirib.
Buynuzlu qadın qısa zamanda məşhurlaşıb.
Həkimlərin fikrincə, qabar uzun müddət günəşə məruz qalma ilə əlaqəli yaranan və buynuza bənzəyən dəri şişidir. Xoş xassəli olsa da, xərçəng riskinə qarşı qadına mütəmadi olaraq müayinədən keçmək tövsiyə edilib.
Billurə