AZ

Dubay şokoladı niyə birdən populyarlaşdı? - Aktrisanın dedikləri düz çıxsa, bir daha yemək istəməyəcəksiniz

Son günlər hər yerdə "Dubay şokoladı" barədə nəsə eşidirik. Sosial şəbəkədə hər 4 videodan biri bu şokoladla bağlıdır.

Milli.Az xəbər verir ki, Türkiyənin tanınmış aktrisası Arzu Yanardağ Dubay şokoladı ilə bağlı qalmaqallı iddia səsləndirib.

Aktrisa iddia edib ki, Dubay şokoladı qəsdən populyarlaşdırılıb.

"Xaricdən qaytarılan tonlarla antep fıstığımız var. Çünki, tərkibində toksinlər aşkarlanıb. Buna görə də püstə əzməsi halına salıb, Dubay şokoladı bəhanəsi ilə satırlar", - Arzu Yanardağ söyləyib.

Qeyd edək ki, dubay şokoladı arasında püstə əzməsi və kadayıf olan adi şokoladdır. Ona xüsusi dad verən məmulat püstə əzməsidir. Püstə əzməsi isə Bakıda kiloqramı 60-70 manata satılır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
40
milli.az

1Mənbələr