AZ

Alman jurnalist Ukrayna ordusunun vəziyyəti barədə üzücü bəyanat verdi

Alman jurnalist Yulian Repke bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) çox yorulub, lakin cəbhədəki briqadaların əvəzlənməsi üçün ehtiyat qüvvə yoxdur. 

Qaynarinfo xəbər verir ki, onun sözlərini "Politika Strany" Telegram kanalı yayıb.

Repke kadr çatışmazlığını Ukrayna ordusunun əsas problemi kimi xarakterizə edib.

"Mənim Ukrayna ordusundakı tanışlarım bildirirlər ki, briqadalar və əsgərlər çox yorulublar. Onlar artıq uzun həftələrdir ki, döyüşürlər. Onların Rusiyadakı kimi resursları yoxdur. Ukrayna daha kiçik bir dövlətdir və əsas problem də buradadır”, – deyə Repke vurğulayıb.

Bundan əvvəl Ali Radanın deputatı Anna Skoroxod Ukrayna hakimiyyətinin USQ döyüşçülərinin kütləvi şəkildə öz mövqelərini tərk etməsi hallarını qeydə aldığını bildirib. O əlavə edib ki, hazırda hərbçilərin yalnız 10-15%-i cəbhədədir, silahlı qüvvələrin əksəriyyəti isə arxa cəbhədə yerləşir.

Volodimir Zelenski isə USQ-nin qoşun çatışmazlığı səbəbindən cəbhədə geri çəkilmək məcburiyyətində qaldığını açıqlayıb. Onun sözlərinə görə, bəzən müəyyən istiqamətlərdə Rusiyanın qoşun sayının Ukraynaya nisbəti 1-dən 8-ə qədər olur ki, bu zaman geri çəkilmək və ya qalmaq arasında seçim etməli olurlar.

Alpər
Seçilən
23
qaynarinfo.az

1Mənbələr