AZ

"COP 29-a gələn qonağın bazarda nə işi var?"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılması ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Tolik bu hadisənin böyük tədbirə 11 gün qalmış edilməsini qınayıb:

 

"Deyirlər meyvə, tərəvəz olan yeri sökməyiblər. Yaxşı haldır. Amma faciə odur ki, insanlar aylar əvvəl malları Türkiyə və başqa ölkələrdən sifariş edir, beh verilir. Burada 10, 20, 50, 100 minlik malları əllərində qalıb. Kimsə düşünüb ki, bazarda söküntü işi aparım, tikim və baha kirayə verim. Bunun COP29-a nə aidiyyatı var? Bunun COP29-a nə aidiyyatı var? COP29-a gələn qonağın bazarda nə işi var? Bunu hansısa məmur edib, bazardan daha çox pul qazanırsa dövlətin üstünə atmayın. Tədbir qalıb bir kənarda, öz mənafeylərinə görə COP29-un adını çəkirlər. Bu tədbir ölkədə 2 həftə olacaq.

 

Düşünürəm ki, ölkəmizdə keçirilən hər bir tədbir bizim üçün əhəmiyyətlidir, çünki bu, ölkəmizin uğurudur. Başa düşə bilmirəm ki, buna məsul olan qurumlar niyə uzun müddət gözləyib, yalnız 11 gün qalmış qərara gəliblər ki, bazarı sökmək lazımdır. Niyə məhz indi? Bu işi bir ay əvvəldən planlayıb elan edə bilərdilər ki, filan vaxt bazar söküləcək. Belə olsa, satıcılar qabaqcadan xəbərdar olardı və mal gətirməzdilər ki, itkiyə düşməsinlər. Bu cür planlı yanaşma tələb olunurdu".

Tarix: 2 Noyabr 2024, 14:32   
Seçilən
64
pravda.az

1Mənbələr