Çinli blogerin yaydığı video internetdə müzakirələrə səbəb olub.
Oddity Central yazır ki, sosial media istifadəçiləri Çində populyarlıq qazanan yeni küçə yeməyinin görünüşünə görə şoka düşərək təəccübləniblər. İnsanların fikrincə, yemək onlara bir topa saçı xatırladır.
Qeyd edilib ki, daha çox Çenqdu küçələrində təqdim edilən yeni qəlyanaltı özünəməxsus görünüşünə görə səs-küyə səbəb olur: "Çünki o, iştah açmaq əvəzinə görünüşü lə qara rəngdə insan saçına bənzəyir. Bu qurudulmuş siyanobakteriya qəlyanaltısı Çin mətbəxinin ayrılmaz hissəsidir və ənənəvi olaraq şorba və bulyonlarda, xüsusən də Yeni il ərəfəsində istifadə olunur. Kanton dilində adı şans və zənginlik ilə əlaqələndirilir".
Tural