AZ

Qərbin Rusiya-Ukrayna savaşı ilə bağlı gizli sxemi İFŞA OLUNDU

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, Qərb Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək üçün gizli sxemlərdən istifadə edir.

Publika.az xəbər verir ki, o, RİA Novosti-yə müsahibəsində Qərb ölkələrinin tədarük qadağaları ilə bağlı bəyanatlarıyla faktiki olaraq alibi yaratdıqlarını, ertəsi gün isə raket göndərə biləcəklərini qeyd edib.

“Kiyevin qərbli ağalarının silah tədarükü üçün gizli sxemi var. Qadağalarla bağlı bütün ifadələr özünüz üçün alibi yaratmaqdan başqa bir şey deyil. Amma faktiki olaraq sabah Qərb raketləri sökülmüş halda Ukraynaya çatdırılacaq”, - deyə Konstantinov vurğulayıb.

Onun sözlərinə görə, Kiyev iddia edə bilər ki, bu, onların istehsal etdiyi və sınaqdan keçirdiyi öz raketləridir: "Daha sonra isə bu raketlər Rusiya şəhərlərinə yönələcək".

Seçilən
23
publika.az

1Mənbələr