AZ

"Kartdan karta" üsulu ilə işləyən daha 90 sahibkara maliyyə sanksiyaları tətbiq edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndəticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-kartaköçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınmasıməqsədilə nəzarət tədbirlərini davam etdirir.

Trendxəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, son günlər ərzində Bakı şəhərində keçirilmişnəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanunpozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntularıprotokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiqolunub.

"Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim olunmalıdır",- qurumdan əlavə edilib.

Seçilən
62
49
az.trend.az

10Mənbələr