AZ

Xəstələrinə təcavüz edən həkim həbs olundu

Türkiyənin Bursa rayonunda xəstəsinə qarşı təcavüz iddiası ilə saxlanılan dermatoloq məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Publika.az xəbər verir ki, hadisə İnegöl ərazisində yerləşən özəl xəstəxanalardan birində baş verib.

Zeynep O. adlı şəxs həkim M.A.K-nın bir çox xəstələrinə təcavüz etdiyini iddia edərək, bununla bağlı prokurorluqda cinayət işi qaldırılıb.

O, daha sonra sosial media hesabında təqib iddialarını paylaşıb. İnegöl Respublika Prokurorluğu sözügedən iddia ilə bağlı həkim M.A.K barəsində həbs-qətimkan tədbiri seçib.

Polis qrupları tərəfindən nəzarətə alınan həkim əməliyyatların ardından ədliyyəyə sövq edilib.

Seçilən
64
publika.az

1Mənbələr