Türkiyəli aktrisa Arzu Yanardağ son zamanlar sosial şəbəkələrin trendinə çevrilən Dubay şokoladı ilə bağlı şok açıqlamalar verib.
Tədbirlərdən birində görüntülənən aktrisa jurnalistlərin "Dubay şokoladı yedinizmi" sualına "Xeyr" cavabını verib və bu şokoladla bağlı ağılasığmaz iddialar səsləndirib:
"Xeyr. Heç dadına baxmadım. Onsuz da Antep fıstığından xoşum gəlmir. Trenddə olan şeylər məni heç maraqlandırmır. Bu gün bəzi xəbərlərdə çıxdı. Bilmirəm izlədinizmi? Avropada tonlarla Antep fıstığı geri qaytarılıb. Onlardan Dubay şokoladı hazırlanıb. Niyə geri qaytarıldı? Çünki kiflənib və tərkibində çoxlu toksik maddələr var. Keçmiş olsun".
Ətraflı videoda:
BAKU.WS