AZ

Avstraliyada ən böyük narkotik laboratoriyası məhv edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliya hüquq-mühafizə orqanları ölkədəki ən böyük narkotik laboratoriyasını məhv edərək narkosindikata sarsıdıcı zərbə endiriblər.
Oxu.Az bu barədə "Mirage" nəşrinə istinadən məlumat verir.
Bildirilib ki, Uimmera bölgəsinin kənd ərazisində aparılan axtarış zamanı metamfetaminlərin istehsalında istifadə olunduğu güman edilən, ümumi çəkisi 10 tondan çox olan 50-dən artıq prekursor çəllək aşkar edilib.
Prekursorlarla yanaşı, polis iki odlu silah, döyüş sursatı və az miqdarda hazır metamfetamin müsadirə edib. Göstərilən ünvanda həbs edilən 59 yaşlı kişi detektivlər tərəfindən dindirilib və növbəti araşdırmalara qədər sərbəst buraxılıb.
Qeyd edək ki, bu müsadirə ehtimal olunan narkosindikat fəaliyyətinin 20 aylıq araşdırmasının kulminasiyası olub.
Seçilən
102
50
oxu.az

10Mənbələr