Millət vəkili Xanlar Fətiyev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ilə birlikdə Bərdənin Qaradəmirçi və Qullar kəndlərində şəhid ailələrini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, görüş zamanı Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında xalq iqtidar Ordu birliyinin möhkəmliyi ilə əldə olunan Qələbənin böyüklüyündən danışılmış, şəhidlərin igidliyindən danışılıb.
Millət vəkili Xanlar Fətiyev onların problem və çətinlikləri ilə maraqlanıb, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağa çalışıb.
Şəhid ailələri ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.