Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə eksklüziv müsahibəsində deyib ki, bu gün Qərb dövlətləri Rusiyanın düşmənidir.
“Hazırda təəssüf ki, Qərb ölkələri, Qərbi Avropa, əlbəttə ki, ABŞ və digər Qərb ölkələri – Kanada, Avstraliya və bir sıra digər ölkələr Rusiya Federasiyasının düşmənidir” dedi.
Medvedev vurğulayıb ki, bu ölkələr özlərini bu vəziyyətə salıblar.
O, həmçinin bildirib ki, Ukrayna münaqişəsinin Qərb üçün məqsədi Rusiyanı mümkün qədər zəiflətməkdir.
DOĞRU.AZ