AZ

Üç tarixi əsər Kolumbiyaya qaytarılıb

Kali şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Bioloji Müxtəliflik Konfransı (COP16) zamanı 3 tarixi əsər Almaniya tərəfində Kolumbiyaya qaytarılıb.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın ətraf mühit naziri Şteffi Lemke məhz tarixi əsərlərin aid olduqları ölkəyə qaytarmağın onlar üçün şərəf olduğunu bildirib.

Artıq Almaniya 20-ci əsrin əvvəllərində arxeoloq Konrad Teodor Preusun Cordillerada (Kaliforniya şərqindən keçən dağ silsiləsi) götürdüyü üç tarixi əsəri təkrar Kolumbiyaya qaytarıb.

Kolumbiya Prezidentinin mətbuat xidməti tərəfindən verilən açıqlamada Berlin-Dahlem Muzey Mərkəzində yerləşən Etnologiya Muzeyində saxlanılan tarixi əsərlər milli hökumətin tələbi ilə ölkəyə gətirildiyi bildirilib.

Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) direktoru Alhena Caicedo Fernandez əsərlərin ölkəyə çatdırılmasından məmnunluğunu ifadə edərək, etnik və mədəni dəyərlərin qorunub saxlanması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb. 

Almaniyanın ətraf mühit naziri Lemke də əsərlərin aid olduğu yerə çatdırılmasının onlar üçün şərəf olduğunu bildirib.

Məhz Kolumbiyaya geri qaytarılan əşyaların çubuq, qamış kürək çantası və səbətdən ibarət olduğu açıqlanıb.

Seçilən
51
cebheinfo.az

1Mənbələr