AZ

Sabah bu yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək - Sürücülərin NƏZƏRİNƏ

Bakı. Trend:

Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov,Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, TeymurElçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev,Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi(qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrəmonitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqamətidəyişdiriləcək.

Trend xəbər verir ki, bubarədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətindədeyilir.

"Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabrprospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektindəköməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də ZiyaBünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyevküçəsinə keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, MikayılMüşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyliküçələrindən keçməklə daxil ola bilərlər.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətindəməhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən,Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindənZığ şosesi istiqamətində hərəkət edə bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrənəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlərinəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələrixahiş olunur", - qurumdan bildirilib.

Seçilən
49
46
az.trend.az

10Mənbələr