"Gəncə" qələbəyə layiq idi. Oyun bizim üçün yaxşı keçmədi".
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasında "Gəncə"yə 61:82 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, atışları düzgün yerinə yetirə bilməyiblər: “Topu səbətə atmaq üçün yaxşı imkanlar yaratmadıq. Ancaq birinci periodda rəqiblə başa-baş mübarizə apardıq. Sonrakı hissələrdə bütün komponentlərdə rəqibə uduzduq. Bu gün həm də ciddi itkimiz var idi. Səid İsmayılov meydanda deyildi. Onun yoxluğu da oyunumuza təsir göstərdi. Bu qarşılaşmanı artıq yaddan çıxarmalıyıq. Artıq qarşıdakı oyunlara köklənməliyik".
Qeyd edək ki, "Ordu" III turdan sonra 5 xalla ikincidir.
İdman.biz