İstanbulda marketdən 15 min lirəlik zeytun yağı oğurlandıqdan sonra hərəkətə keçən polislər kamera görüntülərini araşdırıb.
Medianews.az xəbər verir ki, araşdırma aparan polis oğrunun bir müddət aktyorluq edən Ümit Gündeş olduğunu müəyyən edib.
Əməliyyata başlayan polislər Ü.Gündeşi gizləndiyi ünvanda yaxalayıb.
Ümit Gündeşin əvvəllər tarixi personajların canlandırıldığı seriallarda rol aldığı açıqlanıb. Aktyor Ümit Gündeşin sonuncu dəfə TRT 1-də yayımlanan “Kuruluş Osman” serialında rol aldığı məlum olub.
Medianews.az