AZ

“Qışa qədər daha çox xal yığmaq lazımdır”

“Güclü rəqibə qarşı oynadıq. “Zirə” avrokubokların pley-off mərhələsində iştirak edib. Onlara qarşı oynamaq çətindir. Matça pis başlamadıq. İlk dəqiqələrdə epizodları dəyərləndirə bilmirik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Rəqib bir səhvimizdən istifadə edib qol vurdu. İkinci hissədə yaxşı oynadıq. Amma nəticə bizi narahat edir. Çempionatın ilk dövrəsini yaxşı keçirdik. Zədələr, itkilər bizə təsir edir. Bunları bilirdik, ruhdan düşmək olmaz. Mübarizə sona qədər gedəcək. Qışa qədər daha çox xal yığmaq lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Zirə” məğlubiyyəti (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:

 Vasiliye Radenoviç  vaxt sıraya qayıdacaq?

Müdafiə xəttində məcburiyyətdən çox dəyişiklik etmişik. 4 oyundur tam heyətlə oynaya bilmirik. Vasiliye müalicə olunur. Milli fasilədən sonra sıraya dönə bilər. Heyətin geniş olmaması oyununuza təsir edir.

 Noyabr ayı sizin üçün həlledici ola bilər?

– Çempionatda 10 komanda var, təqvim önəmlidir. “Neftçi” ilə oyundan sonra fasilə olacaq. Fasilədən sonra kritik oyunlar bizi gözləyir. Bizdən də üstün komandalar var ki, 4 oyundur qalib gələ bilmir.

 Qışda transferlər etməyi planlaşdırırsız?

 Əlbəttə düşünürük. İkinci imkan önəmlidir. Güclənməyimizə ehtiyac var. Bəzi mövqelərdə rəqabət və alternativ yaratmaq lazımdır. Rəqiblərimiz hər gün dayanmır. Rəqabət var, təslim olmurlar. “Kəpəz” məşqçisi dəyişikliyindən sonra 7 transfer edib. Bunlar bizim üçün siqnaldır

Seçilən
50
idmanxeber.az

1Mənbələr