Parlamentin deputatı Mahir Süleymanlı Şabran rayon Uzunboyad kəndində Vətən Müharibəsi şəhidləri Abbasov Ağababa Səfər oğlu, Abbasov Samir Adəm oğlu və Hümmətov İzzət Müşviq oğlunun ailələrini ziyarət edib.
Modern.az xəbər verir ki, Şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanan deputat onları narahat edən məsələləri nəzarətə götürüb.
Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və Aparat əməkdaşları iştirak ediblər