Çexiya prezidenti Petr Pavel 60 soydaşının Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına göndərilməsinə razılığı ilə göstərdi ki, onun öz vətəndaşlarına ehtiyacı yoxdur.
“İki sahil”in TASS-a istinadən verdiyi məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bunun nə adlandığını sizə demək istəyirəm: Çexiya Prezidentinin də öz vətəndaşlarına ehtiyacı yoxdur və bu 60 nəfər, görünür, Çexiya baxımından lazımsız adamlardır”, - rəsmi nümayəndə qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”