"Fənərbağça"nın icarədə olan futbolçusu komandaya dönəcək.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər"in Braziliyanın "Braqatino" klubuna icarəyə verdiyi oyunçusu Linkoln Henrike dövrələrarası fasilədə İstanbul təmsiliçisinə qayıdacaq. Onun Cənubi Amerikalılarla bağlanmış icarə müqaviləsində 6 milyon avro sərbəstqalma qiyməti də müəyyən edilib ki, braziliyalılar Linkolnu transfer etməməyi qərara alıb.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Qeyd edək ki, Henrikenin "Fənərbağça"da 2026-cı ilə qədər kontraktı var.