AZ

ADY-nin adından dələduzluq cəhdi

CHP sədri Özgür Özəlin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dedikləri siyasi savadsızlıq və hörmətsizlikdir.

 

Senzor.az bildirir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

 

“Əgər cənab Özəl “diktatura” və “dövlət çevrilişini” tənqid etmək istəyirsə, 1960-cı ildən bu yana hər bir qiyamda təmsil etdiyi partiyanın “siyasi cinayəti” ilə hesablaşmalıdır. O, cənab Ərdoğana və AKP-yə qarşı yürütdüyü yalan siyasətdən əl çəkməli, CHP daxilində onun sədrliyinə şübhə ilə yanaşan partiya yoldaşlarının tələb etdiyi məsələlərə diqqət yetirməlidir. Özəl cənab Ərdoğanın “Türkiyə əsri” hədəfləri istiqamətində etdiyi həmrəylik çağırışını da tənqid edib. Apardığı siyasətlə CHP daxilində birlik və həmrəyliyə nail ola bilməyən bir şəxsin cənab Ərdoğanın çağırışını başa düşməsini də gözləmirik”, - deyə Ö.Çelik vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ünvanına səsləndirilən təhqiramiz ifadələrdən dolayı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu məhkəməyə verib 1 milyon lirə təzminat tələb edib.

Seçilən
61
senzor.az

1Mənbələr